Logo

"Fransa üçün Qarabağ mövzusu əhəmiyyətini itirir" - Politoloq

"Fransa üçün Qarabağ mövzusu əhəmiyyətini itirir" - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fevralın 4-də Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Görüşün keçirilməsinin təşəbbüskarı Prezidenti Emmanuel Makron olub.

Bəs, Makron hansı məqsədlə belə bir görüşün keçirilməsini istəyib?

Sfera.az saytına danışan siyasi şərhçi Turan Rzayev hesab edir ki, Makronun bu görüşü keçirməkdə maraqlarını iki qrupa bölmək olar:

"Birincisi, belə bir görüşün keçirilməsi Makrona apreldə baş tutacaq Fransa prezident seçkiləri üçün lazım idi. Makron yenidən namizədliyini irəli sürəcəksə, qələbə qazanmaq üçün xarici siyasətdə fəallığını artırmalıdır. Fransa hazırda onsuz da bir çox məsələyə dair xarici siyasətdə aktivləşib. Afrikada, Ukrayna ətrafında baş verən son hadisələrdə bu daha çox hiss olunur.

Rəsmi Paris son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində də fəallaşıb və bəzi konstruktiv addımlar atır.

İkincisi, bu il Avropa İttifaqına sədrlik Fransaya keçib. Rəsmi Paris Böyük Britaniyanın "Brexit" qərarından və Almaniyanın keçmiş kansleri Angela Merkelin vəzifəsindən getməsindən sonra Avropa İttifaqında lider funksiyasını yerinə yetirmək istəyir.

Makron bu addımı ilə həm ölkəsinin Avropa İttifaqında lider ölkə olduğunu, həm də hazırda sədrlik etdiyi qurumun aktivliyini göstərməyə çalışır”.

T.Rzayev düşünür ki, Fransanın aktivləşməsi Minsk Qrupu formatının yenidən dirilmə ehtimallarını yaradır:

"Lakin düşünmürəm ki, rəsmi Parisin indiki mərhələdə məqsədi ATƏT-in Minsk Qrupunun aktivliyini artırmaqdır. Fransa bu tədbirdə həmsədr ölkədən çox Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi. Məsələ ondadır ki, Şarl Mişel və Emmanuel Makronun birgə görüşü sonrası açıqladığı bəyanatda Minsk Qrupuna istinad edilməyib. Bu, bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR