"Rusiya sülh istəmir, Avropanı qorxutmaq üçün yeni yollar axtarır" - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya sülh istəmir, Avropanı qorxutmaq üçün yeni yollar axtarır. Sfera.az xəbər verir ki, prezident bunu Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri ilə görüşdən sonra keçirilən brifinqdə deyib. "Bu gün biz sülhü bərpa etmək üçün müxtəlif tərəflərin diplomatik səyləri mövzusuna toxunduq. Hamı görür ki, bütün bu səylərə yeganə maneə Rusiyanın real danışıqlara və sülhün bərpasına yönəlmiş real hərəkətlərə hazır olmamasıdır. Biz burada,