Yuşşenkonun xanımı Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
“Ukrayna xalqı adından Azərbaycan hökumətinə, xalqına dəstək üçün təşəkkür edirəm. Sizin Ukraynaya verdiyiniz humanitar yardımı yüksək qiymətləndiririk. Hökumətimiz, xalqımız və mediamız Azərbaycanın qətiyyətli dəstəyinin fərqindədir və bunu qiymətləndirir”.
Sfera.az xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko bildirib.
O, eyni zamanda dünya ölkələrinə də təşəkkür ünvanlayıb: “Biz göndərilən hərbi dəstəyə görə təşəkkür edirik. Amma bizim daha çox silaha, hərbi yardıma ehtiyacımız var. Biz bilirik ki, bir qarış torpaqdan imtina etmək nə ilə nəticələnəcək, oradakı insanlar öldürüləcək. Biz dünyanı inandırmalıyıq ki, hərbi dəstəyə ehtiyacımız var”.






