Vaşinqton Tehranın “kompensasiya” şərtini qəbul edəcəkmi? – Ekspert açıqladı
İran nüvə sazişi ilə bağlı Avropa İttifaqı vasitəsilə ABŞ-a əsas təklifini göndərib. Təklifin mahiyyəti belədir: Əgər ABŞ İranla imzalayacağı nüvə sazişindən yenə çıxarsa, buna görə Vaşinqton İrana kompensasiya ödəməlidir. Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, sözügedən təkliflə Tehran özünü sığortalamaq istəyir, çünki, ABŞ-ın keçmiş prezidenti Barak Obama İranla nüvə sazişi imzalamış, Donald Tramp isə Ağ Evə gəldikdən sonra həmin sazişdən imtina