Prezidentin xarici siyasəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirir
İnteqrasiya prosesi düşünüldüyündən daha genişdir və yer kürəsinin bütün qitələrini, eləcə də bütün ölkələrini əhatə edir. Azərbaycan son 31 ildə dünyada, sözün əsl mənasında, tam müstəqil siyasət yürütmüş, siyasi dəst-xətti, dövlətçilik siması, tərəqqi yolu ilə nüfuz qazanmış, milli inkişaf strategiyasını, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyasını, vahid ideologiyasını uğurla formalaşdırmışdır. Təsadüfi deyil ki, öz müstəqilliyinə 1991-ci ildə qovuşan Azərbaycanın ilk məqsədi dünya