Logo

Prezident İtaliya-Azərbaycan Universiteti ilə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İtaliya-Azərbaycan Universiteti ilə bağlı SƏRƏNCAM İMZALADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncam Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi və İtaliyanın tanınmış universitetləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən Azərbaycan Respublikasının ərazisində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə imzalanıb.

Sənədə əsasən, İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilir.

Müəyyən edilir ki, ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR