Kəlbəcər yeni inkişaf dövrünü yaşayır
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik olan diyardır. Ərazisi faydalı qazıntılarla zəngindir. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları vardır. Kəlbəcərdə eyni zamanda 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri,