Putinlə İlham Əliyev arasında telefon danışığı oldu

Putinlə İlham Əliyev arasında telefon danışığı oldu

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında bu həftə ikinci dəfə telefon danışığı olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Söhbət zamanı tərəflər Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli sazişləri müzakirə ediblər.

 

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasının praktiki problemləri vurğulanaraq, üçtərəfli sazişlərdə yer alan istiqamətlər üzrə növbəti addımlar nəzərdən keçirilib”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, Putinlə Əliyev arasında əvvəlki söhbət noyabrın 22-də olub. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində Ermənistanla üçtərəfli sazişlərin icrası müzakirə edilib. Ertəsi gün, noyabrın 23-də Putin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...