Xidmət rəisi: \"Ölkəmizdə miqrantlar Azərbaycan vətəndaşları ilə eyni hüquqa malikdir\"

Xidmət rəisi: \

Bu gün "Azərbaycanda miqrasiya prosesləri və miqrantların hüquqları müdafiəsi" mövzusunda toplantı keçirilib.

Sfera.az-ın APA-ya istinadla məlumatına görə, dəyirmi masada çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, miqrasiya təbii prosesdir:
"Bu prosesin qarşısını almaq mümkün deyil. Sadəcə, doğru tənzimləmə ilə bu prosesi daha düzgün idarə etmək olar. Azərbaycan Respublikası hökuməti istər təhsil, istər biznes və istərsə də hər hansı işgüzar səfər ilə bağlı ölkəmizə gələn bütün miqrantların rahat fəaliyyət göstərməsi üçün şərait yaradıb. Demək olar ki, ölkəmizdə yaşayan miqrantlar Azərbaycan vətəndaşları ilə eyni hüquqa malikdir".

Qeyd edək ki, dəyirmi masada Ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, BMT-nin ölkəmizdəki Rezident Əlaqələndirici Qulam İshaqza və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov iştirak edib.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...