Logo

İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşü İstanbulda keçiriləcək.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ikitərəfli münasibətlərlə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında çoxtərəfli əməkdaşlıq formatları da mövcuddur.

“Bu çərçivədə daha geniş coğrafiyanı əhatə edən məsələlər, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunur. Bu formatlardan biri də Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığıdır. Növbəti görüşün İstanbulda keçirilməsi nəzərdə tutulur”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR