İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib
Kateqoriya məlum deyil
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib.
Sfera.az Dublinə ezam olunmuş müxbiri xəbər verir ki, Prezident İlham Əliyev sessiyada iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi.
İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı.
Azərbaycan Prezidenti Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi. Sonda toplantı iştirakçıları birgə foto çəkdirdilər.






