Niderland XİN rəhbəri Şəhidlər xiyabanında
Kateqoriya məlum deyil
Azərbaycanda səfərdə olan Niderland Krallığının xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Şəhidlər xiyabanını ziyarət edib.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.






