Mask Zelenskini istefaya səslədi
Kateqoriya məlum deyil
T
Amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsindən getməli olduğunu bildirib.
Sfera.az xəbər verir ki, sahibkar bu fikri “X” sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına yazdığı şərhdə ifadə edib. Mask Ukraynada davam edən qan tökülməsinə diqqət çəkərək Zelenskinin prezident postunu tərk etməsinin vaxtı çatdığını vurğulayıb.
Milyarderin şərh yazdığı paylaşımda Ukrayna liderinin müharibənin başa çatmasından və ölkədə prezident seçkilərinin keçirilməsindən ehtiyat etdiyi iddia olunub. Xatırladaq ki, Ukraynada hərbi vəziyyətin qüvvədə olması səbəbindən prezident seçkiləri keçirilməyib.
Bəsti Rəfizadə






