ABŞ nümayəndələri nə üçün Moskvaya getmədi? - ŞƏRH
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyevin və Avropa ölkələrinin mövqelərini dəqiqləşdirmək məqsədilə Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.
Məlumata görə, Uitkoff və Kuşner Ukrayna və Avropa ölkələrinin Rusiya tərəfinə təqdim olunacaq yeni, vahid təklif ətrafında razılığa gəlməyə hazır olub-olmadığını müəyyənləşdirənədək Moskvaya səfər etməyəcəklər.
ABŞ nümayəndələrinin Moskva səfərini təxirə salması hansı siyasi mesajı verir?Avropa ölkələri ilə Ukrayna Rusiya ilə danışıqlarda ortaq təklif hazırlaya biləcəklərmi?
Bu haqda politoloq Xəqani Cəfərli Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, ABŞ nümayəndələrinin Moskva səfərini təxirə salması hansı dövlət katibi Marko Rubionun ifadə etdiyi kimi sülh danışqılarının dalana dirənməsinin göstəricisidir:

“ABŞ dövlət katibi Marko Rubio "Kathimerini" qəzetinə verdiyi müsahibədə bildirib ki, münaqişənin danışıqlar yolu ilə həll perspektivləri hazırda görünmür. Belə bir vəziyyətdə Uitkoff və Kuşnerin yeni bir cəhdi dövlət katibinin mövqeyinə zidd olardı. Bu isə ABŞ-də siyasi qalmaqal yarada bilər”.
Politoloq Avropa ölkələrinin Ukraynanı Rusiya ilə bağlı bəzi məsələlərdə razılığa gətirdiyini açıqlayıb:
“Bu təkliflər atəşkəs rejiminin tətbiqini, qoşunların cəbhə xəttindən çıxarılmasını və bufer zonasının yaradılmasını nəzərdə tutur. Layihə Ukrayna təmsilçiləri ilə ABŞ prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birlikdə hazırlanıb. Lakin Rusiya bu təklifi rədd etdiyi, atəşkəsə razıl olmadığı üçün danışıqlarda irəliləyiş əldə etmək mümkün olmur”.
Bəsti Rəfizadə
Sfera.az






