Bu xəritə Fransa və Almaniya arasında gərginlik yaratdı

Bu xəritə Fransa və Almaniya arasında gərginlik yaratdı
Kateqoriya məlum deyil
T

Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının gənclər təşkilatının rəhbərlərindən biri Helmut Straussun paylaşdığı xəritə Fransa ilə Almaniya arasında siyasi və diplomatik gərginliyə səbəb olub.

Sfera.az xəbər verir ki, Strauss sosial şəbəkə hesabında Fransanın Elzas və Mozel bölgələrini, eləcə də Avstriya, İsveçrə, İtaliya və Lüksemburqun bəzi ərazilərini Almaniya torpaqları kimi göstərən xəritə yayımlayıb. AfD nümayəndəsi paylaşımına “Almaniyanın yenidən birləşməsi bütün alman xalqının vahid dövlət çətiri altında toplanması deməkdir” qeydini əlavə edib. Yaranan kəskin reaksiyalardan sonra siyasətçi paylaşımını silməyə məcbur olub. Fransadakı siyasi partiyalar isə paylaşımı kəskin tənqid ediblər.

İfrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Teo Bernhardt sözügedən ərazilərin ilhaqının heç bir halda qəbul edilə bilməyəcəyini vurğulayıb. Solçu “Boyun Əyməyən Fransa” (LFI) partiyasının deputatları isə bu fikirləri Adolf Hitler dövrünün ərazi genişləndirmə siyasəti ilə müqayisə ediblər. Onlar AfD-nin güclənməsinin Avropada sülh üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Fransanın suverenliyi altında qalan Elzas və Mozel bölgələri tarix boyu iki ölkə arasında ərazi mübahisələrinin və siyasi qarşıdurmaların mərkəzində olub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR