Prezident təsdiqlədi - Maaşlarla bağlı nələr dəyişir?

Prezident təsdiqlədi - Maaşlarla bağlı nələr dəyişir?
Kateqoriya məlum deyil
T

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Belə ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.

Sfera.az bildirir ki, Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov Ölkə.az-a açıqlamsında bildirib ki, kənar vəsaitlərin istifadəsi ilə bağlı Prezident tərəfindən imzalanmış sənəd birmənalı şəkildə bu sahədə vəsaitlərdən istifadənin səmərəliliyinin artırılması məqsədi daşıyır:

"Bu zaman ehtiyacların müəyyənləşdirilməsi və ona uyğun olaraq vəsaitlərin bölüşdürülməsi, eyni zamanda vəsaitlər ayrılan zaman səmərəlilik prinsipi nəzərə alınmaqla bölgünün aparılması nəzərdə tutulub. Artıq dövlət maliyyə informasiya sistemi formalaşdırıldığı üçün proseslər sözügedən onlayn platforma vasitəsilə həyata keçirilir və dövlət satınalmaları daxil olmaqla digər əməliyyatlar həmin platformaya inteqrasiya olunub.

Bu baxımdan bizdə kənar vəsaitlərin xərclənməsində həm konkret meyarların müəyyənləşdirilməsinə, həm mexanizmin təkmilləşməsinə, həm də bu istiqamətdə səmərəliliyin artırılmasına ciddi ehtiyac var idi".

Millət vəkili qeyd edib ki, Prezident tərəfindən imzalanan son sənəd həmin vəsaitin istifadəsində səmərəliliyə, eləcə də şəffaflığa imkan verən meyarların müəyyənləşdirilməsinə və həmin meyarlar əsasında vəsaitin xərclənməsinə imkan yaradacaq:

"Bu, bütövlükdə maliyyə sistemində və dövlət vəsaitinin xərclənməsində səmərəliliyin güclənməsinə gətirib çıxaracaq. Təbii ki, digər vacib məqsədlərdən biri də vəsaitlərin daha şəffaf xərclənməsidir ki, konkret ölçüləbilən meyarlar vəsaitlərin şəffaf xərclənməsinə imkan yaradacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR