Deputat Ülvi Quliyev növbəti vətəndaş qəbulu keçirdi

Deputat Ülvi Quliyev növbəti vətəndaş qəbulu keçirib.
Sfera.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar əsasən sosial problemlərin həlli, fəxri adların verilməsi və işsizliklə bağlı müraciətlər səsləndiriblər.
Görüş zamanı vətəndaşların qaldırdığı məsələlərin mümkün qədər qısa müddətdə həll olunması istiqamətində müvafiq addımlar atılıb. Bir sıra müraciətlər operativ şəkildə həll edilib.
Həlli əlavə vaxt və araşdırma tələb edən məsələlər isə qeydiyyata alınıb. Bu müraciətlərin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlərin ediləcəyi və nəticələr barədə vətəndaşların məlumatlandırılacağı bildirilib.
Deputat Ülvi Quliyev vətəndaşların müraciətlərinin diqqətdə saxlanılacağını və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini qeyd edib.









