Logo

ABŞ TRIPP layihəsi çərçivəsində yeni fond yaradacaq

ABŞ TRIPP layihəsi çərçivəsində yeni fond yaradacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ hökuməti “Trump Route for International Peace and Prosperity” (TRIPP) regional nəqliyyat layihəsinin inkişafı çərçivəsində “Trans-Caspian Enterprise Fund” fondunun yaradıldığını elan etməyə hazırlaşır.

“Sfera.az” xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Vaşinqton müxbiri Aleks Raufoglu məlumat yayıb.

Onun sözlərinə görə, tədbir sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək. Tədbirdə TRIPP layihəsinin növbəti institusional mərhələsinin də açıqlanması gözlənilir. 40-dan çox şirkətin, eləcə də Azərbaycan, Ermənistan və Mərkəzi Asiyanın “C5” ölkələrinin nümayəndələrinin iştirak edəcəyi bildirilir.

Məlumata görə, “Trans-Caspian Enterprise Fund” daha çox TRIPP+ adı ilə tanınan təşəbbüsün rəsmi hüquqi adıdır.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR