“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”

“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
Kateqoriya məlum deyil
T

“Azərbaycanla Türkiyə arasındakı əlaqələr bənzəri olmayan münasibətlərdir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, türkiyəli həmkarının bugünkü səfəri Bakının düşmən qüvvələrindən azad edilməsinin 108-ci ildönümünə təsadüf edir və Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır.

C.Bayramov bildirib ki, Türkiyədən Azərbaycana yatırılan investisiyalar 18 milyard dollardan çox, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollar təşkil edir. Həmçinin işğaldan azad olunan ərazilərdə Türkiyə şirkətlərinin aktiv fəaliyyət göstərdiyini vurğulayan nazir ölkəmizdə ümumilikdə 4000 Türkiyə şirkətinin çalışdığını bildirib.\\qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR