Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək

Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
Kateqoriya məlum deyil
T

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırlar.

Sfera.az xəbər verir ki, bunu Ararat Mirzoyan "Azadlıq Radiosu"nun sualını cavablandırarkən bildirib.

"Biz BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq. Hələlik yekun razılaşma yoxdur, bu, qrafiklərdən asılıdır", - Mirzoyan deyib.

Qeyd edək ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində sentyabrın 22-də dövlət və hökumət başçılarının çıxış edəcəyi yüksək səviyyəli həftə başlayacaq./Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR