Xarici diplomatlar Gəncəsər monastırını ziyarət etdilər - FOTO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət etdilər - FOTO
Kateqoriya məlum deyil
T

Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalan, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.

Sfera.az xəbər verir ki, Gəncəsər monastır kompleksi - erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. .

Bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.

Gəncəsər monastırı işğal dövründə ermənilər tərəfindən saxtakarlığa və qanunsuz müdaxilələrə məruz qalaraq tarixi alban memarlıq üslubu dəyişdirilmişdir.

Ermənilər 2012-ci ildə bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başladılar. Kompleksin həyətində aparılan tikinti “abadlıq” işləri monastırın əzəli görkəminə zərər vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR