Bakıdakı müdafiə sənayesi sərgisinə amerikalı yeni şirkətlər qatılacaq - Səfir

Bakıdakı müdafiə sənayesi sərgisinə amerikalı yeni şirkətlər qatılacaq - Səfir
Kateqoriya məlum deyil
T

ABŞ bu il Bakıda keçiriləcək ADEX beynəlxalq müdafiə sənayesi sərgisində iştirakı çərçivəsində əvvəllər sərgidə təmsil olunmamış şirkətlərini təqdim edəcək.

Sfera.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

"Bu il biz ADEX-ə əvvəllər sərgidə iştirak etməmiş ABŞ şirkətlərini gətirəcəyik. Hərbi texnologiyalar və müdafiə sənayesi sahəsində ABŞ-nin nailiyyətlərini nümayiş etdirmək fürsəti bizi sevindirir", - o bildirib.

Emi Karlon qeyd edib ki, ABŞ sərgidə iştirak etməyi planlaşdırır və onun keçirilməsini səbirsizliklə gözləyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR