Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi

Kateqoriya məlum deyil
T
Pentaqon rəhbəri Pit Heqset prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğu barədə xəbərləri təkzib edib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.
Haqqında yayılan xəbərlərin yalan olduğunu vurğulayıb.
"Bu, tam yalandır. Biz bunu NBC-yə demişdik, lakin onlar sadəcə olaraq anonim mənbələr vasitəsilə yalan danışırlar. Mənim yeganə məqsədim Müdafiə Nazirliyini yenidən böyük etməkdir", – deyə Pit Heqset bildirib.
Qeyd edək ki, ötən gün əvvəllər "NBC News" mənbələrə istinadən Heqsetin prezidentliyə namizədliyini ən yaxın ətrafı ilə müzakirə etdiyini bildirmişdi.






