Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar
Kateqoriya məlum deyil
T

Bir müddət əvvəl spiker postundan uzaqlaşdırıldığı üçün “vurulduğu” güman edilən Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.

Sfera.az xəbər verir ki, Simonyan bu vəzifədə Armen Qriqoryanı əvəz edib. Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı sərəncam imzalaması müzakirələrə səbəb olub. Paşinyan hökumətin iclasında Qriqoryanın Təhlükəsizlik Şurasının katibi kimi sonuncu dəfə toplantıya qatıldığını anons etmişdi. 8 il ərzində bu postu tutan A.Qriqoryan qərbyönümlü kadrlardan biri olmaqla yanaşı, Paşinyanın əsas rəqiblərindən sayılırdı.

Məlumata görə, Armen Qriqoryan baş nazirin administrasiyasında ona təklif olunan vəzifəni qəbul etməyib. pizza

Baş nazir Nikol Paşinyan hökumətdə keçirdiyi brifinq zamanı bildirib ki, Qriqoryana baş nazirin aparatında işləməyi təklif edib, lakin o, dövlət qulluğunda karyerasına fasilə verməyə üstünlük verib. “Armen Qriqoryana baş nazirin aparatında iş təklif etdim, amma görünür, o, fasilə götürməyə üstünlük verdi. Mən buna anlayış və hörmətlə yanaşıram”, – Paşinyan bildirib. Qriqoryan isə hələlik susur.

Beynəlxalq məsələlər üzrə ekspert, hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Paşinyan palament çoxluğunu əldə etdikdən sonra yalnız kabineti yeniləməklə kifayətlənmək fikrində deyil: “Görünən budur ki, o, fürsət düşmüşkən bütün hakimiyyət qollarına əl gəzdirməyi” hədəfləyib. Parlamentin ötkəm və öz mövqeyi ilə seçilən sədrini ona daha loyal olan başqası ilə əvəz edir, digər tərəfdən də Alen Simonyanı özünə rəqib etmək də istəmir. Bu baxımdan onu Təhlükəsizlik Şurasının katibi təyin edir. Açığı, mən bilmirəm ki, Ermənistada Təhlükəsizlik Şurasının katibi nə qədər təsirə malik bir vəzifədir, amma bütün hallarda bu da formal olaraq prestijli vəzifə hesab edilir”. Həmin vəzifədə 8 ilə yaxın işləmiş Armen Qriqoryana gəlincə, S.Məmmədov dedi ki, xatırlatdı ki, o, Nazirlər Kabinetinin aparatında işləmək təklifindən imtina edib: “Görünür, onu bu təklif qane etməyib. Ola bilər ki, Qriqoryanı razı salmaq üçün daha üstün vəzifə təklifi də verilə bilər.

Bütün hallarda mən bu təyinat və istefaları Paşınyanın xarici siyasət kursunun dəyişməsi ilə izah etmək istəyənlərin fikirləri ilə razılaşmıram. Paşınyan anlayır ki, yerdəyişmələr zəruridir. Yəqin ki, Paşinyan məhkəmə hakimiyyətinə də gəlib çıxacaq və məhkəmələri də özünə münasibətdə daha da loyallaşdırmağa çalışacaq, baxmayaraq ki, o, bunu hələ özünün birinci səlahiyyəti müddətində etmişdi”. Hüquqşünas bir faktı da xatırlatdı. Bildirdi ki, Paşinyan Konstitusiya Məhkəməsinin rəhbərliyini faktiki olaraq qovmuşdu və özünə münasib Konstitusiya Məhkəməsi üzvlərinin təyinatına nail olmuşdu: “Açığını desək, Paşinyan demokrat olmasa da, demokratiya görünütüsü yaratmaqda o qədər də naşı deyil. Bu baxımdan o, hakimiyyətin hər üç qolunda kadr islanatlarını davam etdirəcək. Bu dəyişikliklər ona həm də hakimiyyətini daha da möhkəmləndirmək üçün lazımdır. O, hələ din mafiyasını da dəf etməlidir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR