Zelenskinin mümkün varisi ilə bağlı yeni iddia: “ABŞ və ya Britaniyanın namizədi olacaq”

Zelenskinin mümkün varisi ilə bağlı yeni iddia: “ABŞ və ya Britaniyanın namizədi olacaq”
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün varisi ilə bağlı yeni iddia səsləndirilib.

Siyasi ekspert Dmitri Juravlev hesab edir ki, Zelenskinin yerinə Böyük Britaniya və ya ABŞ-nin dəstəklədiyi siyasətçi gələ bilər.

Sfera.az xəbər verir ki, ekspert bu barədə “Lenta.ru”ya açıqlamasında danışıb.

Juravlev hazırda Ukraynanın Londondakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını Zelenskinin mümkün varisləri arasında əsas namizədlərdən biri hesab edib.

Onun sözlərinə görə, Zalujnı keçmiş hərbçi kimi müəyyən ictimai dəstəyə malik olduğunu nümayiş etdirib və bu baxımdan siyasi rəqabətdə üstün mövqedə ola bilər.

Ekspert eyni zamanda Ukraynanın gələcək siyasi rəhbərliyində gözlənilməz namizədin ortaya çıxa biləcəyini də istisna etməyib.

“Hazırkı siyasətçilər və yüksəkvəzifəli şəxslərdən heç biri Rusiya ilə bağlı müsbət fikir səsləndirməyə və ya Moskva ilə danışıqlar üçün real şərtlər təklif etməyə cəsarət etmir. Buna görə də gələcək namizədin kim olacağı onun hansı kriteriyalara cavab verməsindən və ABŞ və ya Böyük Britaniyanın kimi dəstəkləyəcəyindən asılı olacaq”, - Juravlev bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya uzun müddətdir Zalujnıya üstünlük verib. ABŞ-nin isə Ukraynanın keçmiş baş naziri Yuliya Sviridenkonu mümkün siyasi fiqur kimi nəzərdən keçirdiyi iddia olunur.

Politoloq hazırda Vaşinqtonun konkret favoritinin kim olduğunu müəyyənləşdirməyin çətin olduğunu deyib. Onun fikrincə, Ukraynadakı siyasi elita hazırda əsasən “Rusiya ilə müharibənin davam etdirilməsi” mövqeyini nümayiş etdirir.

Juravlev hesab edir ki, Ukraynanın gələcək siyasi kursunun müəyyənləşməsində ABŞ və Böyük Britaniya arasında rəqabət də rol oynaya bilər.

“ABŞ-nin resursları daha çoxdur, Böyük Britaniyanın isə siyasi manevr imkanları daha genişdir. Mən şəxsən britaniyalıların daha çevik davrandığını düşünürəm”, –ekspert qeyd edib.

Qeyd edək ki, britaniyalı diplomat Alaster Kruk da daha əvvəl Zelenskinin mümkün varisi barədə danışaraq, Ukraynanın gələcək prezidentinin həm Rusiya, həm də Qərblə danışıqlar apara biləcək bir şəxs olmasının mümkünlüyünü irəli sürüb.

Bununla belə, hazırda Volodimir Zelenskinin postunu kimin və hansı şərtlərlə əvəz edə biləcəyi ilə bağlı rəsmi qərar və ya təsdiqlənmiş namizəd yoxdur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR