İlham Əliyev bəzi səfirləri geri çağırdı

Prezident İlham Əliyev imzaladığı sərəncamlarla bir neçə səfiri geri çağırıb.
Sfera.az xəbər verir ki, Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov həmin vəzifəyə təyinat alıb.
Digər Sərəncamla Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının başqa bir Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezidentin digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyev imzaladığı başqa Sərəncamla Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.






