Prezident yeni səfirlər təyin etdi

Prezident yeni səfirlər təyin etdi
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyevin sərəncamlarına əsasən 3 ölkədəki səfirimiz dəyişdirilib.

Sfera.az xəbər verir ki, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev bu vəzifəyə təyinat alıb.

Başqa sərəncamla Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, İrfan Şakir oğlu Davudov həmin vəzifəyə təyinat alıb.

İrfan Davudov buna qədər Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri olub. O, bu vəzifədən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Fərhadov təyin edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR