Puşkov: ABŞ İranla uzunmüddətli müharibəyə hazır deyi

Puşkov: ABŞ İranla uzunmüddətli müharibəyə hazır deyi
Kateqoriya məlum deyil
T

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətini tənqid edib.

Sfera.az xəbər verir ki, senator bu barədə "Telegram" kanalında paylaşım edib.

Aleksey Puşkovun sözlərinə görə, Donald Trampın əsas səhvi ABŞ-nin İranla uzunmüddətli münaqişə aparmaq imkanlarını düzgün qiymətləndirməməsi olub.

"Trampın əsas səhvi ondan ibarət idi ki, o, ABŞ-nin belə bir müharibəni bir-iki ay deyil, uzun müddət davam etdirmək üçün real imkanlarını düzgün hesablamayıb", – deyə senator bildirib.

Onun fikrincə, ABŞ rəhbərliyi həmçinin belə bir müharibənin Vaşinqtonun qarşıya qoyduğu məqsədlərə çatmasına xidmət edib-etməyəcəyini də düzgün qiymətləndirməyib. Puşkov qeyd edib ki, oxşar strateji yanlışlıqlar əvvəllər Əfqanıstan və İraq müharibələri zamanı da ABŞ üçün ciddi problemlər yaradıb.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp İranla aparılan danışıqların uğurla davam etdiyini bildirmişdi. Onun sözlərinə görə, danışıqların nəticələri yaxın 48 saat ərzində məlum ola bilər.

ABŞ Prezidenti avqustun 4-də İran nümayəndələri ilə keçirilən görüşü də müsbət qiymətləndirərək müzakirələrin gün ərzində davam etdiyini və məhsuldar keçdiyini vurğulamışdı.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR