Erməni müxalifətindən qərar – deputat maaşından və mükafatdan imtina etdilər

Erməni müxalifətindən qərar – deputat maaşından və mükafatdan imtina etdilər
Kateqoriya məlum deyil
T

Ermənistan parlamentində təmsil olunacaq "Güclü Ermənistan" müxalifət fraksiyası deputat mükafatlarından imtina edəcəyini bəyan edib.

Sfera.az xəbər verir ki, bu barədə fraksiyadan deputat seçilən Narek Karapetyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, özü deputat maaşını da almayacaq.

"Demişdim ki, maaş almayacağam, ondan imtina edəcəyəm. Həmçinin fraksiyamız parlamentdə verilən mükafatları da qəbul etməyəcək. Parlament xalq üçün mühüm heç nə etməyib ki, üstəlik mükafat da alsın", – deyə Karapetyan bildirib.

O qeyd edib ki, bu vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək.

Fraksiya rəhbəri və katibi vəzifələrinə namizədlərlə bağlı hələ yekun qərar verilməyib. Karapetyan fraksiyaya özü rəhbərlik edə biləcəyini, katib vəzifəsinə isə Aram Vardevanyanın gətirilə biləcəyini istisna etməyib.

Bundan başqa, blokun parlament sədrinin müavini postuna namizəd irəli sürməsi ilə bağlı da hələlik qərar qəbul olunmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR