İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
Kateqoriya məlum deyil
Bundan sonra İran Hörmüz boğazında hər hansı gəmiyə raket, dron, eləcə də digər cihaz və ya silahla atəş açsa, Amerika Birləşmiş Ştatları (ABŞ) həmin an bu ölkənin 1 körpüsünü və ya elektrik stansiyasını bombalayacaq.
Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.
O bildirib ki, paytaxt Tehran və ətrafı da daxil olmaqla, ölkə ərazisindəki bütün körpülərə və ya elektrik stansiyalarına zərbələr endirilə bilər.






