Orban: "Şuyokdan sonra seçilən Macarıstan prezidentləri legitim olmayacaq"

Kateqoriya məlum deyil
T
Macarıstanın keçmiş baş naziri Viktor Orban ölkənin sabiq prezidenti Tamaş Şuyokun istefasından sonra seçiləcək bütün liderlərin legitim olmayacağını bildirib.
Sfera.az xəbər verir ki, Orban bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.
"İndi seçiləcək şəxslər legitim olmayacaq. Tamaş Şuyok Macarıstanın son legitim prezidenti idi", – deyə keçmiş baş nazir vurğulayıb.
Onun sözlərinə görə, bundan sonrakı dövrdə Macarıstana yalnız "qeyri-legitim prezidentlər, Konstitusiya Məhkəməsinin sədri və üzvləri" rəhbərlik edəcək.
Qeyd edək ki, Orban daha əvvəl Şuyokun vəzifədən kənarlaşdırılmasının ölkədə yeni hakimiyyət və baş nazir Peter Madyarın fəaliyyəti ilə bağlı "özbaşınalıq dövrünün başlanğıcı" olduğunu iddia edib.
İnci
Sfera.az
