Paşinyanın Mişustinlə söhbətinin təfərrüatları açıqlandı

Paşinyanın Mişustinlə söhbətinin təfərrüatları açıqlandı
Kateqoriya məlum deyil
T

Rusiya və Ermənistanın baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında keçirilən görüşdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı məsələ müzakirə olunmayıb.

Sfera.az bildirir ki, bu barədə "Yerevanski Nablyudatel" ("İrəvan Müşahidəçisi") Teleqram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla Aİİ ilə bağlı fikir ayrılıqlarını müzakirə etməkdən imtina edib.

Kanalın iddiasına görə, Paşinyana bu məsələ ilə bağlı Avrasiya İqtisadi Komissiyasının sədri Bakıtjan Saqintayevə müraciət etməsi, yaranan mübahisələrin həlli üçün isə birbaşa Avrasiya İqtisadi İttifaqı Məhkəməsinə üz tutması tövsiyə olunub.

Xatırladaq ki, daha əvvəl Mariya Zaxarova bəyan etmişdi ki, Ermənistan rəhbərliyi strateji seçimi ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Onun sözlərinə görə, İrəvan ya Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünü davam etdirməli, ya da Avropa İttifaqına üzvlük istiqamətində seçimini dəqiq şəkildə bəyan etməlidir.

İnci

Sfera.az

PAYLAŞ