Logo

Qazaxıstan Prezidenti parlament seçkilərinin tarixini təyin etd

Qazaxıstan Prezidenti parlament seçkilərinin tarixini təyin etd
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni birpalatalı parlamentinə keçiriləcək ilk seçkilərin tarixini müəyyən edib.

Sfera.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Tokayevin imzaladığı fərmana əsasən, Qazaxıstan Respublikasının Qurultay deputatlarının seçkiləri 2026-cı il avqustun 23-nə təyin edilib.

Fərmanda həmçinin Qazaxıstan Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanması və keçirilməsinin təşkili ilə bağlı tapşırıqlar verilib.

Bundan əvvəl Tokayev bildirmişdi ki, iyulun 1-dən qüvvəyə minən yeni Konstitusiya ölkənin siyasi sisteminin yenidən qurulmasının və Qazaxıstan tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR