Azərbaycan Sülh Şurasında: niyə siyasi dəstəklə kifayətlənirik?

Azərbaycan Sülh Şurasında: niyə siyasi dəstəklə kifayətlənirik?
Kateqoriya məlum deyil
T

Azərbaycan Qəzza üzrə Sülh Şurasında təmsil olunsa da, bölgəyə dair maliyyə layihəsində iştirak etməyəcək. Belə görünür ki, ölkəmiz hələlik Şuradakı fəaliyyətini yalnız siyasi dəstəklə məhdudlaşdıracaq.

 

Bəs bu yanaşma yetərlidirmi?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Azərbaycanın Sülh Şurasına qoşulması həm bu quruma, həm də Qəzza məsələsinə verilən mühüm siyasi dəstəyin ifadəsidir:

 


“Əlbəttə, imkan daxilində maliyyə yardımı etmək də faydalı olar, lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın hazırda kifayət qədər böyük qayğıları var. 30 illik işğaldan azad edilmiş Qarabağı bərpa etmək və dağıdılmış ərazilərimizə ciddi sərmayə qoymaq prioritet məsələdir. Hesab edirəm ki, həm Şuranın təşkilatçıları, həm də bölgə insanları bu vəziyyəti anlayışla qarşılayırlar. Gələcəkdə müvafiq şərait yaranarsa, Azərbaycan yəqin ki, maliyyə proseslərinə də qoşula bilər”.


Ekspert hələlik nəzərdə tutulan məbləğin böyük dövlətlər tərəfindən təmin edildiyini qeyd edib:


“Dünyada maliyyə imkanları geniş olan kifayət qədər dövlət var və əsas yükü onlar üzərinə götürüb. Azərbaycanın bu mərhələdə maliyyə dəstəyinə xüsusi ehtiyac duyulmayıb. Ona görə də ölkəmiz hələlik fəaliyyətini siyasi iştirakla kifayətləndirir. Lakin proseslərin gedişindən asılı olaraq, gələcəkdə konkret istiqamətlər üzrə yardımlar və ya sərmayə qoyuluşu istisna deyil. Bütün hallarda, Trampın bu təşəbbüsünün inkişafı və Qəzza bölgəsində atəşkəsin qorunması kifayət qədər müsbət hadisədir”.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ