Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi şəxs kimdir? -DOSYE

Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi şəxs kimdir? -DOSYE
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Pərviz Sədrəddinov "Tərəqqi" medalı ilə təltif olunub.

 

Sfera.az Pərviz Sədrəddinovun dosyesini təqdim edir:

 

O, 1982-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) “Neft mexanika” ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin Boğaziçi Universitetində davam etdirib və 2021-ci ildə məzun olub.

 

P.Sədrətdinov uzun illər bank sektorunda mətbuat və ictimaiyyətlə əlaqələr istiqamətində fəaliyyət göstərib.
Peşəkar karyerasına PR sahəsində başlayaraq qısa müddətdə bu istiqamətdə tanınan simalardan birinə çevrilib.

 

2011–2014-cü illərdə “DəmirBank”da, daha sonra 2014–2016-cı illərdə “Expressbank”ın mətbuat katibi vəzifəsini tutub. 2016-cı ildə isə Kapital Bankın mətbuat xidmətinin rəhbəri təyin olunub. O, bu vəzifədə təxminən yeddi il fəaliyyət göstərib. 2023-cü ilin iyulunda bank sektorundakı vəzifəsindən ayrıldığını açıqlayıb. Həmin il dövlət sektorunda fəaliyyətə başlayıb.

 

Hazırda Pərviz Sədrəddinov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.  Metbuat.az

PAYLAŞ