Nazir təyin olunan Rəşad İsmayılov kimdir? - DOSYE
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Sfera.az xəbər verir ki, Rəşad İsmayılov 2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.
2024-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.
Bəsti Rəfizadə
Sfera.az






