Müharibədən sonra Ukraynanı kim qoruyacaq? - ŞƏRH

Müharibədən sonra Ukraynanı kim qoruyacaq? - ŞƏRH
Kateqoriya məlum deyil
T

Britaniyanın Baş naziri Kir Starmer Londonun Rusiya ilə əldə olunacaq mümkün sülh razılaşmasından sonra Ukraynaya Britaniya qoşunlarını göndərmək planlarını təsdiqləyib.

 

Baş nazirin sözçüsü bildirib ki, Böyük Britaniya döyüşlərin dayandırılması və sülhün təmin olunması şəraitində Kiyevi qorumaq üçün müdaxilə etməyə hazırdır. Bu açıqlama ölkənin sülhməramlı və təhlükəsizlik təminatçısı kimi rolu ilə bağlı sualları gündəmə gətirib.

 

Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik tədbirlərinin təmin olunması və müxtəlif dövlətlərin Ukrayna ərazisində sülhü təmin etmək cəhdləri haqqında müxtəlif fikirlər irəli sürülür.

 

 

Onun sözlərinə görə, Rusiya ilə ABŞ-nin birgə təklif etdiyi 28 maddəlik sülh layihəsində belə fikirlər yoxdur:

 

“Əksinə, Rusiyanın təkidilə Ukrayna ərazisində heç bir ölkəyə aid silahlı qüvvələrin olmaması şərti irəli sürülür. Amma həm Ukrayna tərəfi, həm də Böyük Britaniya tərəfi çalışır ki, sülhü formalaşdırmaq üçün Britaniya ordusu iştirak etsin”.

 

Politoloq hesab edir ki, belə açıq qalan məsələlər gələcək dövrdə danışıqlar predmeti olacaq:

 

“Böyük Britaniya ilk gündən Ukraynanı dəstəkləyir. İstanbul razılaşmaları və sülh istiqamətində əldə olunan irəliləyişlər fonunda hər zaman Böyük Britaniya Ukraynaya dəstəyini ifadə edib, hərbi yardımlar göndərib və müxtəlif səfərlər icra olunub. Bu da münaqişənin müddətini bir qədər də uzadıb”.

 

Müsahibimiz qeyd edib ki, Böyük Britaniya həm Rusiya əleyhinə, həm də Ukrayna dövlətini və xalqını qorumaq məqsədilə bu cür təhlükəsizlik çətiri formalaşdırmaqdadır və bu, geostrateji məsələyə çevrilib:

 

“Digər tərəfdən Ukrayna ərazisinə nəzarət geostrateji məsələyə çevrilib. Bu qlobal rəqabət, Ukraynanın zəngin mineral resursları, nadir torpaq elementləri uğrunda da bir mübarizə kimi qiymətləndirilə bilər”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR