Tramp və Putin gizli plan qurur - Nələr yaşanacaq?

Tramp və Putin gizli plan qurur - Nələr yaşanacaq?
Kateqoriya məlum deyil
T

Bəzi mənbələrdə bildirilir ki, ABŞ və Rusiya Ukraynada müharibənin dayandırılması məqsədilə gizli diplomatik kanallar vasitəsilə yeni sülh planı üzərində işləyirlər. Məlumata görə, tərəflər arasında müzakirə olunan sənəd 28 bənddən ibarətdir və dörd əsas istiqaməti əhatə edir: Ukraynada sülhün bərpası, tərəflərin təhlükəsizlik zəmanətləri, Avropa təhlükəsizliyi və Vaşinqtonun Moskva və Kiyevlə gələcək münasibətlərinin çərçivəsi.

 

Qeyd olunur ki, planın detalları ciddi şəkildə gizli saxlanılır və danışıqlar həssas mərhələdədir. Prosesi nə zaman nəticələnəcəyi və mümkün razılaşmanın açıqlanacağı barədə isə hələlik rəsmi məlumat yoxdur.

 

Bu sülh planı həqiqəti əks etdirirmi? Müharibənin yaxın zamanda başa çatması gözləniləndirmi?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının bir sıra dövlətlərin, xüsusilə də Avropa ölkələrinin maraqlarına uyğun olduğunu deyib. Politoloqun sözlərinə görə, bu ölkələr münaqişənin ləyaqətli şəkildə başa çatmasını istəyir:

 

 

“ABŞ-də prosesdə fəal rol oynayan əsas tərəflərdən biridir. Təxminən on aya yaxındır davam edən gizli danışıqlar hələ də konkret nəticə verməsə də, müxtəlif təmasların və fikir mübadilələrinin aparıldığı artıq məlumdur. Bu iddialar da göstərir ki, Moskva və Vaşinqton arasında zaman-zaman əlaqələrin qurulması və Ukrayna ilə bağlı mümkün sülh planının müzakirə olunması real görünür. Lakin belə bir planın detalları barədə qəti fikir bildirmək çətindir. Çünki elə bir sənəd hazırlanmalıdır ki, həm Rusiya, həm də Ukrayna üçün qəbulolunan olsun. Tərəflərin mövqeləri isə bu məsələlərdə ciddi şəkildə fərqlənir. Kiyev hazırkı mərhələdə atəşkəsin əldə olunmasını və bu baza üzərində danışıqların aparılmasını dəstəkləyir. Mövcud cəbhə xəttinin saxlanılması Ukraynanın maraqlarına uyğun hesab olunur və ABŞ-də bu yöndə mövqe sərgiləyir”.

 

O.Qasımov Rusiyanın son aylarda Pakrovs istiqamətində hücumlarını genişləndirməsinin, Donetsk vilayətinin qalan hissəsini nəzarətə almağa çalışması da bu fonda qiymətləndirildiyini əlavə edib.

 

O bildirib ki, Vladimir Putinin Donbasın dörd bölgəsinin tamamilə Rusiyaya birləşdirilməsini tələb etməsi, Kiyevin isə bunu qəbul etməməsi danışıqları çıxılmaz vəziyyətə salır:

 

“Bununla belə, ehtimal olunan variantlardan biri ondan ibarətdir ki, Rusiya Pakrovsun ələ keçirilməsini Donetsk vilayətinin tam işğalı kimi təqdim edib bunu “qələbə” hesab edə, daha sonra isə müzakirə edilən sülh razılaşmasına yaxınlaşa bilər. Bu isə hələlik yalnız iddialar səviyyəsindədir. Ümumilikdə proses son dərəcə mürəkkəbdir və müxtəlif versiyalar irəli sürülür. Avropa liderlərinin son açıqlamalarına əsasən, müharibənin 2026-cı ilə qədər davam edəcəyi ilə bağlı ehtimallar da gündəmdədir. Yəni münaqişənin daha 6 ay-1 il arasında uzanması real hesab olunur”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR