AVP-dan istefalar başlayıb - 44 nəfər ərizə yazıb

AVP-dan istefalar başlayıb - 44 nəfər ərizə yazıb
Kateqoriya məlum deyil
T

Ana Vətən Partiyasının (AVP) üzvlüyündən çıxmaq üçün 44 nəfər ərizə yazıb.

 

Sfrera.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının (AVP) son qurultayında sədr seçildiyini iddia edən Fəzail Ağamalının oğlu Elçin Ağamalı sosial media hesabında yazıb.

 

"Təəssüf hissi ilə bildirmək istəyirəm ki, partiyamızın son qurultayından sonra sıravi partiya üzvlərimiz arasında qeyri-müəyyənlik və narazılıq dalğası meydana gəlmişdir. Bunun nəticəsi olaraq Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfər partiya üzvü üzvlükdən azad olunmağa dair müraciət etmişdir. Ərizələrin Ədliyyə Nazirliyinə göndərilərək dövlət reyestrində müvafiq qeydlərin aparılması məndən xahiş olunmuşdur. Ərizələr eyni zamanda partiyanın təşkilat şöbəsinə təqdim olunacaqdır", - deyə E.Ağamalı bildirib.

 


O qeyd edib ki, qurulatydan sonra yaşananlarla bağlı hüquqi addımlar da atacaq: 

 

"Dəyərli rayon (şəhər) təşkilatımızın rəhbərləri və üzvləri, hüquqi mübarizəmiz davam edir və yeni yaranmış şərtlərə uyğun olaraq və rayonlarda partiya üzvü olmayan şəxslərin iştirakı ilə yaradılan saxta rayon (şəhər) təşkilatları ilə bağlı Ədliyyə Nazirliyinə və Məhkəməyə müvafiq müraciətlər yaxın günlərdə olunacaqdır. Sizdən təmkin göstərməyi və hüquqi mübarizəmizin yekununu gözləməyi xahiş edirəm. Bütün hallarda yekun qərarı birlikdə verəcəyik".

 

Qeyd edək ki, son qurultayda Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün qalmaqal yaranmışdı.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR