Ərdoğan CHP sədrini məhkəməyə verib

Kateqoriya məlum deyil
T
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində 500 min lirə (təxminən 12 min ABŞ dolları) məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Sfera.az xəbər verir ki, bu barədə prezidentin vəkili Hüseyn Aydın açıqlama yayıb.
Onun sözlərinə görə, 2025-ci il noyabrın 5-də İstanbulun Ümraniyə rayonunda keçirilən mitinqdə prezidentə qarşı hörmətsiz ifadələr və əsassız ittihamlar səsləndirildiyi üçün Ankara Mülki Məhkəməsinə iddia ərizəsi təqdim olunub.
Vəkil həmçinin bildirib ki, prezidentin təhqir olunması faktı ilə bağlı Ankara Baş Prokurorluğuna da cinayət işi başlanması tələbi ilə ayrıca müraciət göndərilib.






