Moskvada Azərbaycan, Rusiya və Ermənistan arasında görüş keçiriləcək? - AÇIQLAMA

Moskvada Azərbaycan, Rusiya və Ermənistan arasında görüş keçiriləcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bu gün Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 13-cü iclası keçiriləcək.

 

Görüşdə “MDB məkanında təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər, mümkün birgə cavab tədbirləri” mövzusu müzakirə olunacaq.

 

Məlumata görə, Sergey Şoyqu Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, həmçinin Ermənistan və Belarusdan olan həmkarları ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

 

Bəs, üçlü görüş, yəni Azərbaycan-Rusiya-Ermənistan görüşü baş tuta bilərmi?

 

 

Siyasi şərhçi Aydın Quliyev Sfera.az-a açıqlamasında bildirib ki, bu formatda keçiriləcək görüşlər MDB məkanında təhlükəsizliklə bağlı aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir:

 

“Üçlü görüş dedikdə burada Azərbaycan, Rusiya və Ermənistan Təhlükəsizlik Şuralarının katiblərinin görüşü nəzərdə tutulursa, bunun keçirilməsində problem yoxdur. Lakin bu ölkələr arasında təhlükəsizlik məsələləri daha yüksək dövlət başçıları səviyyəsində müzakirə oluna bilər. Katiblər səviyyəsində üçtərəfli görüşün keçirilməsi o qədər də vacib deyil, amma bu, dövlət başçılarının baxışından və yanaşmasından asılı olan məsələdir”.

 

Ekspert əlavə edib ki, iclasda əsasən MDB məkanında və dünyada mövcud təhlükəsizlik tendensiyaları, xüsusilə də Mərkəzi Asiya və Qafqaz regionlarında yaranan təhdidlər müzakirə ediləcək:

 

“Mərkəzi Asiya regionunda, eləcə də Rusiyanın Avropaya yaxın bölgələrində təhlükəsizlik təhdidlərinin sayı artır. Buraya Ukrayna münaqişəsi, MDB-nin cənub sərhədlərində Pakistan-Hindistan və Pakistan-Əfqanıstan münasibətləri, qanunsuz narkotik dövriyyəsi, insan qaçaqmalçılığı, silah alveri və terror təşkilatlarının fəaliyyəti daxildir. Bu hallar MDB ölkələri, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya üçün ciddi təhlükə yaradır”.

 

Mütəxəssisin sözlərinə görə, bu ölkələrin təhlükəsizlik strukturlarının əməkdaşlığı və fəaliyyətlərinin əlaqələndirilməsi regionda sabitliyin qorunması baxımından vacib addımdır:

 

“MDB məkanına daxil olan ölkələr keçmiş və indiki dövrdə eyni geosiyasi məkana bağlı olduqları üçün oxşar təhdidlərlə üzləşirlər. Təhlükəsizlik şuralarının əməkdaşlığı bu baxımdan zəruri və faydalıdır. Lakin konkret qərarların qəbul edilməsi dövlət başçılarının mövqeyindən asılı olacaq”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR