Macarıstanlı professor Azərbaycan barədə: "Bu,mütləq hakimiyyətdir"

“Ənənəvi olaraq suverenlik bir ərazidə mütləq hakimiyyət deməkdir”.
Sfera.az xəbər verir ki, bu fikirləri “2025 – Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən beynəlxalq tədbirdə macarıstanlı professor Laszlo Vasa səsləndirib.
Professor bildirib ki, ənənəvi anlamda suverenlik bir dövlətin öz ərazisi üzərində mütləq və bölünməz hakimiyyətini ifadə edir. Qloballaşma, qarşılıqlı asılılıq və beynəlxalq əməkdaşlıq şəraitində suverenlik daha çevik, paylaşılmış və məsuliyyətli bir anlayışa çevrilib.
O qeyd edib ki, Macarıstanın modeli bu baxımdan nümunəvi sayıla bilər:
“Həmin model göstərir ki, dövlətlər konstitusiya suverenliyi prinsiplərinə sadiq qalmaqla, beynəlxalq sistemin tələblərinə uyğunlaşa və öz milli maraqlarını qorumaqla qlobal əməkdaşlıqda fəal rol oynaya bilərlər”.
Sonda professor əlavə edib ki, konstitusiya suverenliyi dövlətin həm daxili sabitliyinin, həm də xarici siyasətdə balanslı mövqeyinin əsasını təşkil edir.
Fidan Hacızadə
Sfera.az






