"İlham Əliyev Konstitusiyanın yaradılması prosesində fəal iştirak edib" - Şahin Əliyev

"İlham Əliyev Konstitusiyanın yaradılması prosesində fəal iştirak edib" - Şahin Əliyev
Kateqoriya məlum deyil
T

“Azərbaycan Konstitusiyasının formalaşması 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan mürəkkəb siyasi və ictimai vəziyyətlə sıx bağlıdır”. 

 

Sfera.az xəbər verir ki, bu sözləri “2025- Azərbaycan Respublikasında Konstituasiya və Suverenlik ili” adı altında keçirilən tədbirdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev deyib.

 

Onun sözlərinə görə, həmin dövrdə Sovet İttifaqının dağılması nəticəsində postsovet məkanında yeni, müstəqil dövlətlər yaranmış, siyasi sistemlər tamamilə dəyişməyə başlamışdı:

 

“Azərbaycan da bu proseslərdən kənarda qalmadı və öz müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Bu dövrdə əsas vəzifələrdən biri müstəqil Azərbaycanın hüquqi əsaslarını formalaşdırmaq, dövlətin siyasi və iqtisadi sistemini müəyyənləşdirmək idi. Məhz bu məqsədlə yeni Konstitusiyanın hazırlanması və qəbul olunması zərurəti yarandı”.

 

O əlavə edib ki, cənab İlham Əliyev həmin dövrdə ölkədə baş verən siyasi prosesləri yaxından müşahidə etməklə yanaşı, Konstitusiyanın yaradılması prosesində də fəal iştirak edib:

 

“Onun bu sahədəki fəaliyyəti Azərbaycanın müasir hüquqi dövlət kimi formalaşmasına, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə mühüm töhfə olub”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR