"Zəfər qanını şəhidlərimiz təsdiqləyib" - Zahid Oruc

"Zəfər qanını şəhidlərimiz təsdiqləyib və bu, Azərbaycan xalqının azadlıq, ədalət və müstəqillik idealına sarsılmaz sədaqətinin bariz göstəricisidir".
Sfera.az xəbər verir ki, bunu Sosial Tədqiqat Mərkəzi və İstanbul Hüquq Fakültəsinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfransda Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Tədbir “2025 — Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutur. Konfrans Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun çıxışı ilə açıq elan edilib. Onun sözlərinə görə, Zəfər qanını şəhidlərimiz təsdiqləyib və bu, Azərbaycan xalqının azadlıq, ədalət və müstəqillik idealına sarsılmaz sədaqətinin bariz göstəricisidir:
“Azərbaycanın taleyi öz torpaqlarında müəyyən olunub. Müstəqillik təkcə sovetlərdən qurtulmaq deyil, həm də öz milli dəyərlərinə, kimliyinə, ideallarına sahib çıxmaqdır. Ən böyük suverenlik, ilk növbədə, güclü, özünə inanan və dövlətinə sadiq xalqa sahib olmaq deməkdir. Cənab Prezident iki gün əvvəl xalqımıza suverenlik çağırışı edib. Bu çağırış yalnız siyasi bir bəyanat deyil, həm də milli bir ideyadır. Biz artıq qurtuluş mərhələsindən böyük qayıdış dövrünə keçirik. Bu qayıdış həm torpaqlarımıza, həm də milli ruhumuza, tarixi yaddaşımıza dönüş deməkdir”.
Fidan Hacızadə
Sfera.az






