Prezidentin Azərbaycan dili ilə bağlı çıxışı buna işarə edir - Deputatdan AÇIQLAMA

Prezidentin Azərbaycan dili ilə bağlı çıxışı buna işarə edir - Deputatdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyev  ötən gün AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı dilimizin saflığının qorunmasından danışıb. Ölkə başçısı bildirib ki, on il ərzində lazımi tədbirlər görülüb ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək.

 

Prezidentin sözlərinə görə, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər

 

Maraqlıdır, prezident bu çıxışla nə demək istəyib? Dilimizin saflığını pozanlar kimlərdir və bu hallar daha çox harada müşahidə olunur? Azərbaycan dilinin qorunması üçün hansı addımlar atılmalıdır?

 

Sfera.az-a bu barədə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov xatırladıb ki, Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illiyi münasibəti ilə keçirilən tədbirdə çox böyük, vacib məqamlara toxundu və Azərbaycan elminin  inkişafında Milli Elmlər Akademiyasının böyük bir rol oynadığını xüsusi ilə qeyd etdi:

 

“Ulu öndər Heydər Əliyevin bilavasitə diqqət və qayğısı ilə Elmlər Akademiyasının daha inkişaf etdiyini və elmi potensialının gücləndiyini bir daha göstərdi. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Cənab prezident 1993-cü ildə Elmlər Akademiyasının olmasını və o vaxt Azərbaycanın imkanlarının məhdud olmasıına baxmayaraq bu sahəyə vəsait ayırmağa davam etdiyini qeyd etdi. Sonrakı illərdə Azərbaycanın imkanları artıqca bu sahəyə ayrılan vəsait daha da çoxaldı. Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi”.

 

Deputat bildirib ki, bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli xələfi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

 

“Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Eyni zamanda cənab prezident çıxışı zamanı Elmlər Akademiyasında görülən işlərə toxundu. Böyük kitabxananın yaradıldığını, milli ensiklopediya üçün yeni bina inşa olunduğunu, elmi tədqiqat institutlarının təmiri və avadanlıqlarla təhciz edildiyini, elm fondunun yaradıldığını, eyni zamanda inkişaf strategiyası elm haqqında qanun və  dövlət proqramı qəbul edildiyini xüsusi vurğuladı. Bu gündə bu istiqamətdə işlərin davam etdiyini qeyd etdi. Cənab Prezident eyni zamanda intellektual potensialınartırılmasıla bağlı məqamlara toxundu. Rəqəmsallaşma və kibertəlükəsizlik sahəsində görülən işlərdən bəhs etdi. Azərbaycan alimlərinin də bu prosesə tövhə verməsinin vacibliyini vurğuladı”.

 

C.Məmmədov qeyd edib ki, prezident həmçinin Azərbaycanda Şərqi Zəngəzurda görülən işlərdən bəhs etdi:

 

“Azərbaycanlıların Ermənistana qayıtmasılə bağlı vacib məqamlara toxundu. Xüsusilə bildirdi ki, bu sahədə alimlərimizdə ciddi çalışmalıdır. Cənab Prezident çıxışında toxunduğu vacib məqamlardan biri də Sevan gölü ilə bağlı məqam idi. Sevan gölünün xəritələrdə olmadığını qeyd etdi. Göyçə gölünün ermənilər tərəfindən dəyişdirilərək guya ki, Sevan gölü olduğu uydurma fikirlərindən biri olduğunu vurğuladı. Cənab prezident mesajları arasında vacib məqamlardan biri isə Azərbaycan dilinin saflığının qorunması və bu sahədə alimlərin üzərinə düşən öhdəliklərdən bəhs etdi”.

 

Millət vəkili prezidentin bizim dilimizi qorumalı olduğumuzu, onun saflığına əməl edilməli olduğunu söylədiyini əlavə edib:

 

“Elmi əsərlər hazırlanmalıdır ki, gənclərimiz öz tariximizlə yaxından tanış olsunlar. Ölkəmizin tarixi ilə bağlı elmi əsərlərə böyük ehtiyacımızın olduğunu cənab prezident xüsusilə vurğuladı. Cənab prezident Azərbaycanın hərbi və sairə uğurlarından bəhs etdi. Bu gün Azərbaycan ilk dəfə pilotsuz uçuş aparatlarını müharibədə istifadə edən bir ölkə kimi tarixdə qaldı. Bu  gün də bu istiqamətdə işlər görülür. Azərbaycanın texnoloji inkişafları daha da artır. Azərbaycan bu gün xaricə hərbi təyinatlı məhsullar ixrac edir və bu da çox vacib, önəmli bir məsələdir. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücündən danışdı. Azərbaycanın bu sahədə geniş imkanlarının olduğunu bildirdi. Bu arada Azərbaycan xalqına yaxın günlərdə mesajlar verəcəyini xüsusilə qeyd edərək bu istiqamətdə atılan addımlarda və görülən işlərdən bəhs etdi”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR