Paşinyan Azərbaycanla olan sülhdən danışdı

Paşinyan Azərbaycanla olan sülhdən danışdı
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu bir daha təsdiqləyib.

 

Sfera.az "Armenpress”ə istinadən xəbər verir ki, Orbeli Forumunda çıxış edən Baş nazirin sözlərinə görə, bu gün Ermənistan və Azərbaycan arasında uğur hekayələri var. Bunun başlanğıcı 2024-cü ildə iki ölkə arasında başlanmış sərhədin demarkasiyası prosesi olub.

 

"Bu, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında dönüş nöqtəsidir. İki ölkə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdığını qeyd edir",- baş nazir qeyd edib. Paşinyanın sözlərinə görə, ən böyük uğur hekayəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən və Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair bəyannamənin qəbulu və sazişin paraflanması ilə nəticələnən sülh sammiti olub.

 

"Beləliklə, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh yarandı", - Nikol Paşinyan vurğulayıb

 

Qeyd edək ki, “Orbeli Forumu2025: Sülh və Çoxtərəfli Əməkdaşlığın Qurulması” Cənubi Qafqazın regionallaşdırılması, sülh prosesi, kommunikasiya və ticarət yollarının bloklanması, eləcə də digər beynəlxalq və regional gündəm məsələlərinə həsr olunub. Tədbirdə müxtəlif formatlarda Ermənistanın yüksək rütbəli rəsmiləri, eləcə də Ermənistandan, bütün qonşu ölkələrdən, Rusiyadan, ABŞ-dən, Avropa İttifaqına üzv dövlətlərdən, Çindən, Hindistandan, Birləşmiş Ərəb Əmirliklərindən və s. ekspertlər iştirak edirlər.

 

Firuzə Əliyeva

Sfera.az

 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR