Tramp və Putin bu tarixdə GÖRÜŞƏCƏK – YENİ MƏKAN

Kateqoriya məlum deyil
T
Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya lideri Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüş üçün yer və tarix təklifi irəli sürüb.
Sfera.az-ın məlumatına görə, Stubb bu görüşün noyabrın sonunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tutmasını təklif edib.
O, sammitin iki lider arasında strateji danışıqlar üçün əlverişli platforma ola biləcəyini bildirib.
Prezident Stubb xüsusilə ABŞ-da planlaşdırılan nüvə silahı sınaqları ilə bağlı məsələlərin müzakirəsinin vacibliyini vurğulayıb.
O, bu mövzunun qlobal təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıdığını qeyd edib.
Aynur






