NATO səfirləri Azərbaycana niyə gəlir? - AÇIQLAMA

NATO səfirləri Azərbaycana niyə gəlir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, NATO-ya üzv ölkələrin 15-nin səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək.

 

Heyət Azərbaycanda noyabrın 6-7-də səfərdə olacaq. Səfərin məqsədi və gündəliyində hansı mövzuların yer alacağı maraq doğurur.

 

Politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq qurumların hər biri ilə, xüsusilə NATO ilə yaxından əməkdaşlıq edir.

 

 

Onun sözlərinə görə, Azərbaycan NATO-nun üzvü olmasa da, qiyabi olaraq üzvü kimi təmsil olunur:


“Azərbaycana ən yaxın ölkə, qardaş ölkə Türkiyədir. Türkiyə də NATO-nun ordusuna görə ikinci ən böyük ölkəsidir. Azərbaycanda hər zaman NATO standartlarına uyğun şəkildə ordusunu qurmağa çalışıb. Bu gündə bu istiqamətdə cəhdlər edir. Hesab edirəm ki, NATO-nun 15 səfirlərindən ibarət heyətin Azərbaycana gəlməsi təsadüfi deyil”. 

 

Politoloq Cənubi Qafqazın bütün ölkələrinin, NATO-ya üzv olmaq üçün səy göstərdiyini vurğuladı:


“Azərbaycan da hər zaman bu istiqamətdə öz addımlarını atıb. NATO ölkələri də bunu çox yaxşı görürlər. Ona görə də, bu səfəri təsadüfi deyil. Səfərin məqsədi ondan ibarət ola bilər ki, NATO ölkələri Azərbaycanın NATO ilə əməkdaşlıqda maraqlı olduğunu göstərmək üçün Bakıya səfər edirlər. Təbii ki, əsas mövzulardan biri Azərbaycan ordusunun NATO standartlarına uyğun qurulması olacaq. Bu hər zaman prioritet məsələlərdən biri olub”. 


Müsahibimiz birbaşa regional təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacağını düşünmür, amma müzakirə ediləcək məsələlər siyahısına daxildir.


C.Abbaslı hesab edir ki, regional təhlükəsizlik fonunda Rusiya məsələsi əsas müzakirə mövzularından biri ola bilər:


“Çünki NATO regionun əsas lider ölkəsinin Rusiya olduğunu çox yaxşı bilir. Rusiyanın sıradan çıxarılması üçün cəhd göstərir. Rusiya-Ukrayna müharibəsi fonunda bir çox gerçəkliklər ortaya çıxıb. Bu gerçəkliklərdən biri də, Rusiyanın hər bir ölkə, hər bir region üçün təhdid olacağı reallığıdır. İstənilən halda, Azərbaycan adına sevinmək olar. NATO səfirlərinin Azərbaycana səfər etməsi Azərbaycanın gücündən xəbər verir”

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR