"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat dəhlizinə yeni imkanlar gətirəcək"- Sahibə Qafarova

"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat dəhlizinə yeni imkanlar gətirəcək"- Sahibə Qafarova
Kateqoriya məlum deyil
T

"Azərbaycan Prezidentinin  Amerikaya tarixi səfəri Heydər ƏIiyevin ümummilli siyasi kursunun davamlarından biridir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

 

Sədr bildirib ki, bu səfərin Konstitusiya və Suverenlik ilində baş verməsi tarixi əhəmiyyət daşıyır.

 

"Ölkəmizə qarşı müxtəlif iftira ilə sülh prosesinə müdaxilə etməklə törədilən təxribatlar dəf edildi. Ermənistanla anlaşmanın imzalanması ölkəmiz və bütün Cənubi Qafqaz üçün sülh və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır".

 

S.Qafarova söyləyib ki, Zəngəzur dəhlizinin reallığa çevrilməsi də olduqca önəmlidir:

 

"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat dəhlizinə yeni imkanlar gətirəcək. Vaşinqton anlaşmaları həlledici mahiyyətdədir, Qeyd edim ki, bəyannamə ictimaiyyət tərəfindən də təsdiqləndi. Artıq ATƏT-in MİNSK qrupu ləğv olunub. İnanırıq ki, təklif olunan dəyişikliklər ediləcək, Ermənistan konstitusiyasına düzəliş olunduqdan sonra sülh sazişi imzalanacaq".

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR