Netanyahunun Azərbaycan səfəri nə üçün təxirə salındı? - "Türkiyənin icazəsi..."

Netanyahunun Azərbaycan səfəri nə üçün təxirə salındı? - "Türkiyənin icazəsi..."

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Rəsmi izahatda əsas səbəb kimi Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin regional siyasi gərginlik və təhlükəsizlik məsələləri göstərilib. İsrail mediası isə yazır ki, Netanyahu Bakıya planlaşdırılan səfərini ofisinin dediyi kimi regional hadisələr və sıx siyasi və təhlükəsizlik qrafiki səbəbindən yox, Türkiyənin “Wing of Sion” dövlət təyyarəsinin hava məkanından keçməsinə icazə vermədiyi üçün təxirə salmağa məcbur olub.

 

Maraqlıdır, bu qərarın pərdəarxası məqamı nələrdir?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Asif Nərimanlı bu hadisənin ilk dəfə olmadığını deyib.

 

 

Onun sözlərinə görə, prezident İssak Hersoq COP-29 tədbirinə də Türkiyənin hava məkanından keçid icazəsi vermədiyi üçün gedə bilməmişdi. İsraildən Azərbaycana fərqli marşrutlar da mövcuddur və məsələnin birbaşa “Türkiyə marşrutu” ilə bağlı olmadığı aydın görünür. 

 

Politoloq qeyd edib ki, İsrail mediasının Türkiyə üzərinə fokuslanması iki məqsədə xidmət edə bilər:

 

“Birincisi, səfərin təxirə salınmasının İsrailin istəyi olmadığını göstərmək. Digəri isə Türkiyəni əsas günahkar kimi təqdim etməklə Bakı-Ankara xəttində narazılıq yaratmaq cəhdidir. Bakı səfərinin təxirə salınması real vəziyyətə uyğun addım kimi görünür. Hərçənd, əsas səbəbin Ankara-Təl-Əviv xəttində qarşıdurmanın kəskinləşməsi olduğu ehtimalı daha çoxdur. İstisna deyil ki, Azərbaycan Netanyahu və Ərdoğanın Bakıda görüşünü təşkil etməklə İsrail-Türkiyə danışıqlarının ən yüksək səviyyədə davam etdirilməsi və anlaşmanın əldə olunması prosesini hazırlayırdı. Lakin Qəzzada baş verənlər anlaşma imkanlarını sual altına salır”.

 

A.Nərimanlı nəzərə çatdırıb ki, Bakı-Təl-Əviv xəttində baş verənlər də nəzərə alınmalıdır:

 

“Netanyahunun 5 günlük səfərində Azərbaycanla mühüm anlaşmaların əldə olunacağı (İbrahim anlaşmasından belə bəhs olunur) gözlənilən idi. Mövcud şərtlərdə - İsrailin Azərbaycanın əsas müttəfiqi olan Türkiyə ilə qarşıdurma yaşadığı dövrdə belə bir anlaşmaların imzalanması müzakirə mövzusuna çevrilir. Mümkündür ki, səfərin təxirə salınmasında Bakı və Təl-Əvivin real vəziyyəti qiymətləndirməsi də rol oynayıb”.

 

Politoloqun fikrincə, Türkiyə-İsrail qarşıdurmasının asanlıqla səngiyəcəyi çətin görünür:

 

“Lakin Azərbaycan tərəflər arasında dialoqun bərpası istiqamətində səylərini davam etdirəcək və Bakıda yüksək səviyyədə təmasların baş tutacağı perspektivi hələ də sıradan çıxmayıb. Çünki Türkiyə-İsrail qarşıdurması ABŞ-nin də maraqlarına uyğun deyil və Vaşinqton nəticə əldə edilməsi üçün Bakının səylərinə dəstək verə bilər”.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...